Bakıda koronavirusa ən çox yoluxma BU ƏRAZİLƏRDƏDİR

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub.
ONN media xəbər verir ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.
Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.
Sonrakı yerlərdə 13,6 %-lə Xətai, 11,8 %-lə Yasamal və Sabunçu, 8,4 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi, 7,5 %-lə Xəzər, 7,2 %-lə Nizami, 4,9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.