FHN Bakıda mehmanxananın fəaliyyətini dayandırdı

FHN Bakıda mehmanxananın fəaliyyətini dayandırdı

Xətai rayonu ərazisində fəaliyyət göstərən mehmanxanada xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmət tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən mehmanxanada aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki,

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarı zamanı baş verə biləcək yanğın qısa zamanda geniş əraziyə yayılmaqla faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən mehmanxanada xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.

Geri qayıt