ÜST AÇIQLADI: Yavaşlayıb

ÜST AÇIQLADI: Yavaşlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının yayılmasının yavaşladığını açıqlayıb.

ONN media xəbər verir ki, ÜST-nin məlumatına görə, bir həftə ərzində yeni infeksiyaların sayı 9% azalıb.

“COVID-19-dan yoluxma və ölümlərin sayı həftə ərzində azalmağa davam edib. Bu tendensiya avqust ayından müşahidə olunur. Sentyabrın 27-dən oktyabrın 3-dək 3,1 milyondan çox yoluxma, 54 mindən çox ölüm faktı qeydə alınıb”, - məlumatda bildirilib.

Lakin pandemiya ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və Hindistanda artmağa davam edir.

Geri qayıt