İrandan Rusiyaya səfər - Bu dəfə Baş Qərargah rəisi gedib

İrandan Rusiyaya səfər - Bu dəfə Baş Qərargah rəisi gedib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Məhəmməd Baqerinin başçılıq etdiyi nümayəndə heyətinin Rusiyaya rəsmi səfəri başlayıb.

ONN media xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.

Məhəmməd Baqeri dörd gün Rusiyada qalacaq və bu müddət ərzində Rusiya tərəfinin yüksək rütbəli nümayəndələri ilə bir sıra görüşlər keçirəcək .

Rusiyanın müdafiə naziri Serqey Şoyqudan başqa briqada generalı Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimovla da danışıqlar aparacaq.

Geri qayıt