Dəhşətli qəzada yaralananlardan biri də öldü

Dəhşətli qəzada yaralananlardan biri də öldü

Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

ONN media xəbər verir ki, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Ramiz Zeynalabdiyev ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib.

Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır.

Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mersedes-Benz” markalı yük avtomobili ilə “Daevoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.

Geri qayıt