"Şəhid anası" ordeni təsis edilə bilər

Azərbaycanda "Şəhid anası" ordeninin təsis edilməsi təklif edilib.
ONN media xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
Komitə sədri həmçinin təklif edib ki, televiziyalarda uğurlu qadın obrazı seçilərkən şou-biznes nümayəndələri deyil, alim, dövlətçi, sahibkar qadınlar, şəhid anaları və həyat yoldaşları diqqət mərkəzinə gətirilsin.