SON DƏQİQƏ: Efiopiya Tiqraya zərbələr endirdi: ölənlər var

Efiopiya Hərbi Hava Qüvvələrinin Tiqray əyalətinin paytaxtı Mekeledəki hədəflərə endirdiyi aviazərbələr nəticəsində azı 10 nəfər həlak olub, 20-dən artıq insan yaralanıb.
ONN media xəbər verir ki, hökumət qüvvələrinin aviazərbəsi nəticəsində “Mesfin Industrial Engineering”in sənaye kompleksinin bir hissəsi məhv edilib.
Qeyd edək ki, oktyabrın 7-də Efiopiya silahlı qüvvələri ölkənin şimalındakı Amhara əyalətində Tiqray Xalq Qurtuluş Cəbhəsinin üsyançı birləşmələrinə qarşı irimiqyaslı əməliyyatlara başlayıb.