Ceyhun Bayramov Türkiyəni təbrik etdi

Ceyhun Bayramov Türkiyəni təbrik etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni ölkənin milli bayramı – Respublika Günü münasibətilə təbrik edib.

ONN media xəbər verir ki, Ceyhun Bayramov bu barədə öz tviter hesabında yazıb.

“Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik”, - deyə paylaşımda qeyd olunub.

Geri qayıt