Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin yaxın günlərdə görüşü nəzərdə tutulub.
ONN media xəbər verir ki, görüş barədə məlumat verən Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, liderlərbir çox məsələləri müzakirə edəcək.
O deyib ki, həmin məsələlər sırasına Suriya, Əfqanıstan və Qafqazdakı durum, ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir: “Terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə olacaq”.
İ.Kalının sözlərinə görə, R.T.Ərdoğan və C.Baydenin Romada və ya Şotlandiyanın paytaxtı Qlazkoda görüşəcəyi gözlənilir: “Görüşlə bağlı son dəqiqləşmələr aparılır”.