Deputat Cavanşir Paşazadə statusu ilə YENİDƏN GÜNDƏMDƏ

Deputat Cavanşir Paşazadənin statusu yenidən müzakirələrə səbəb olub.
ONN media bildirir ki, o, Facebook səhifəsində etdiyi son paylaşımda seçicilərlə görüşü barədə məlumat verib. Paylaşımda xeyli sayda kobud üslub, orfoqrafik və texniki səhvələrə yol verilib.
Deputatın bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi müzakirəyə və qınağa səbəb olub.
Qeyd edək ki, bundan öncə deputat sosial şəbəkədə Özbəkistanda prezident seçkilərində müşahidəçi qismində səfəri barədə etdiyi paylaşımda ciddi səhvlərə yol verib. Sonradan deputat paylaşımı özü yox, sürücüsü tərəfindən edildiyini və bu səhvlərə görə işdən çıxardığını bildirib. Görək Paşazadə günahı bu dəfə kimin üzərinə qoyacaq.