Azərbaycanın ərzaq təhlükəsizliyi üçün yarım milyard manat ayrılacaq

Azərbaycanın ərzaq təhlükəsizliyi üçün yarım milyard manat ayrılacaq

Azərbaycanda gələn il kənd təsərrüfatı üçün dövlət büdcəsindən 997,3 milyon manat vəsait ayrılacaq.

ONN media xəbər verir ki, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, gələnilki büdcə xərclərinin 3,3%-i deməkdir, bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 5,8% çoxdur.

Vəsaitin 456 milyon manatı ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək. Bu isə illik müqayisədə 11% çoxdur.

Geri qayıt