Aktauda GÜCLÜ PARTLAYIŞ: zərərçəkənlərlə bağlı...

Aktauda GÜCLÜ PARTLAYIŞ: zərərçəkənlərlə bağlı...

Qazaxıstanın Aktau şəhərində kafedə partlayış baş verib.

ONN media  xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayətinin Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticədə bina tamamilə dağılıb. Zərərçəkənlər barədə məlumat verilmir.

"Noyabrın 7-də saat 22:25-də Manqistau vilayətinin Fövqəladə Hallar Departamentinə Aktau şəhərində, 29 A mikrorayonunda naməlum şəraitdə partlayışın baş verməsi barədə məlumat daxil olub", - məlumatda deyilir.

Region mediasının məlumatına görə, partlayış “Ayanat” kafesində baş verib. Hadisə yerində 20 xilasedici və 6 texnika çalışır.

"Partlayışın səbəbi və dağıntı sahəsi müəyyənləşdirilir", - mətbuat xidmətindən bildiriblər.

Geri qayıt