Londonda binalar Azərbaycan bayrağının rənglərinə boyandı - FOTOLAR

Londonda binalar Azərbaycan bayrağının rənglərinə boyandı - FOTOLAR

Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, komitənin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki “John Lewis” binası, “Soho” ərazisində, “London Eye” ərazisində , “South bank” ərazisində “Covent Garden” ərazisində və “Knightbridge” ərazisindəki binalar üçrəngli bayrağımızın rənglərinə boyanıb.

London vaxtı ilə saat 19:00-dan başlayan işıqlandırma mərasimi saat 01:00-a kimi davam edib.

Geri qayıt