"Squid Game" rejissorundan gözlənilən açıqlama: "Başqa çarəmiz yoxdur"

"Squid Game" rejissorundan gözlənilən açıqlama: "Başqa çarəmiz yoxdur"

Serial və film platforması Netflix, 111 milyondan çox izləyiciyə çatan mübahisəli televiziya serialı Squid Game-in ikinci sezonunun çəkiləcəyini açıqlayıb.

Cənubi koreyalı ssenarist və “Squid Game” serialının rejissoru Hvanq Donq-hyuk dram üçün “yüksək tələbat və sevgi”dən dolayı ikinci sezonu çəkməkdən başqa seçimi olmadığını deyib.

Ssenarist ikinci sezonu üçün bəzi planları olduğunu desə də, tarix və təfərrüatları açıqlamaq üçün hələ tez olduğunu bildirib.

Hvanq ikinci sezonda baş rol ifaçısı Qi-hunun geri qayıdacağına və "dünya üçün bir şey edəcəyinə" söz verib.

Qeyd edək ki, serial  təkcə aktyorları ilə deyil, maraqlı geyimləri, dekorasiyası və robot obrazları ilə də diqqət çəkir. 

Hətta Cənubi Koreyanın paytaxtı Seuldakı Olimpiya Parkında serialdakı nəhəng qız robotun heykəli ucaldılıb.

Serialın elementləri etiraz aksiyalarında tez-tez istifadə olunur.
Cənubi Koreyada bərabərsizliyə etiraz etmək istəyən Koreya Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan işçilər serial geyimində aksiya keçiriblər.

Geri qayıt