TƏSDİQLƏNDİ: Türk əsgəri daha 1 il Azərbaycanda qalacaq

TƏSDİQLƏNDİ: Türk əsgəri daha 1 il Azərbaycanda qalacaq

Türkiyə qoşunlarının Azərbaycanda qalma müddətinin daha 1 il uzadılması haqqında Prezident qərarı Böyük Millət Məclisinin plenar iclasında qəbul edilib.

ONN media  xəbər veriri ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, mehmetçik Qarabağda barışığa, sülhə və əmin-amanlığa nəzarət etmək üçün daha 1 il öz missiyasını davam etdirəcək.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzalasıyla göndərilən qərarda Azərbaycana verilən güclü dəstək bir daha vurğulanıb. Türkiyənin regionda sülhü və sabitliyi qorunub möhkəmləndirmək üçün mühüm cəhdlər göstərdiyi qeyd edilib.

Qeyd edilib ki, Türkiyənin Rusiya ilə yaratdığı Birgə Monitorinq Mərkəzinin fəaliyyəti uğurla davam edir. Bu, regionun təhlükəsizliyinə və tərəflər arasında etimadın möhkəmlənməsinə kömək edir.

Xatırladaq ki, hazırda türk istehkamşıları da bu ərazidə minaların axtarışı və təmizlənməsini davam etdirirlər.

Geri qayıt