Türkiyə bu ölkələrin vətəndaşlarını daşımaqdan imtina etdi

Türkiyə aviaşirkəti bəzi ölkələrin vətəndaşlarını daşımaqdan imtina edib.
ONN media xəbər verir ki, Türkiyənin “Turkish airlines” aviaşirkəti Belarusa reys həyata keçirərkən bir sıra ölkələrin vətəndaşlarını təyyarəyə buraxmayacaq. Verilən xəbər görə, “Turkish airlines” İraq, Suriya və Yəmən vətəndaşlaırnı Belarusa uçu.una imkan verməyəcək. Minskə uçuşları həyata keçirən zaman adı çəkilən ölkələrdən ancaq diplomatik vizası və pasprotu olanlar uça biləcəklər.
Buna səbəb isə Belarusla Avropa arasında köç problemidir. Artıq Avropa ölkələri Türkiyə aviaşirkətlərindən Belarusa Suriya, İrak və Yəməndən insanlar daşımaması barədə tövsiyə olunub.