Gürcüstanda Saakaşviliyə dəstək aksiyası başladı

Gürcüstanda Saakaşviliyə dəstək aksiyası başladı

Müxalif “Vahid Milli Hərəkat”ın üzvləri və tərəfdarları parlament binası qarşısında etiraz aksiyası keçirirlər.

ONN media xəbər verir ki, etirazçılar Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsini və sərbəst buraxılmasını tələb edirlər.

Aksiyaçılar "Mişa, Mişa" şüarları səsləndirərək, üzərində "FreeSaakashvili" yazısı olan bayraqlar dalğalandırırlar.

Parlament binasının yaxınlığındakı Rustaveli prospekti aksiyaya görə bağlanıb.

Geri qayıt