İranda 6 bal gücündə ZƏLZƏLƏ OLDU

İranda 6 bal gücündə ZƏLZƏLƏ OLDU

İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Geri qayıt