Erməni təxribatlarının pərdəarxası: Buna nail olmaq istəyirlər... - Polkovnikdən AÇIQLAMA

“Son günlərdə Xankəndi və Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyət onu deməyə əsas verir ki, Ermənistanda revansişt ideyalar və fikirlərlə çıxış edən qüvvə məhz “Qarabağ klanı"dır. “Qarabağ klanı"nın da əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünə nail olmasına baxmayaraq, rus sülhməramlılarının nəzarətində olan və dövlət sərhədində gərginlik yaratmaqdır. Gərginliyin yaranması isə həm onların, həm də Rusiyanın marağındadır”.
Bunu açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov son günlərdə istər Azərbaycan-Ermənistan sərhədində, istərsə də, Xankəndidəki təxribat xarakterli hərəkətləri şərh edərkən deyib.
Onun sözlərinə görə, təxribat xarakterli hərəkətlərin olmasından və gərginliyin davam etməsindən istifadə edən Rusiya daha uzun müddət bölgədə qalmaq niyyətindən xəbər verir: “Sadə dillə desək, əgər ərazidə sabitlik olarsa, ermənilərlə azərbaycanlılar dil tapıb birgə yaşamağa üstünlük verərsə, o zaman rus sülhmərmalılarının bölgədə qalmasına zərurət qalmayacaq. Ötən bir il bu dediklərimizin bariz nümunəsidir”.