Bakıda bu yol bağlanacaq - DİQQƏT

Bakıda bu yol bağlanacaq - DİQQƏT

Bakının Yasamal rayonunun Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar noyabrın 20-21-də körpü üzərində “Qələbə dairəsi” istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, sürücülər alternativ olaraq Ə.Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.

Geri qayıt