Deputat xalqdan və Milli Məclisin sədrindən üzr istədi

Deputat xalqdan və Milli Məclisin sədrindən üzr istədi

Milli Məclisin plenar iclasında söz alan deputat Tahir Kərimli ötən iclasdakı çıxışına görə üzrxahlıq etdi.

“Mən yanlış məlumatlara əsaslanmışam”, deyən deputat bildirdi ki, sonradan bəzi məlumatlar alıb: “Mənə məlum oldu ki, nəinki sürücülərin əmək haqqı kəsilməyib, hətta onlara kurslar təşkil olunub ki, əmək haqlarını yüksəltmək üçün təcrübələrini artırsınlar. Milli Məclisdə xeyli sayda təcrübəli insanlar yüksək vəzifələrə irəli çəkilib. Bir neçə yüz adama COVID-lə əlaqədar 500 manat məbləğində yardımlar olunub. Mən buradan hörmətli xanım sədrimizsən dönə-dönə üzr istəyirəm. Eyni zamanda məni deputatlar da, sosial şəbəkədə haqlı olaraq tənqid etdilər, qınadılar. Mən doğrudan da yanlış məlumata əsaslanaraq belə çıxış etmişəm. Odur ki, xalqımdan da üzr istəyirəm”.

Geri qayıt