Azərbaycanda avtomobil alqı-satqısı ilə bağlı VACİB YENİLİK

Azərbaycanda avtomobil alqı-satqısı ilə bağlı VACİB YENİLİK

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilir.

ONN media  xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Nağdsiz hesablaşmalar haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunda pərakəndə ticarətdə nağd hesablaşmalar üçün nəzərdə tutulan limit də 4 min manat məbləğində müəyyən edilib.

Geri qayıt