Rusiyada DƏHŞƏTLİ PARTLAYIŞ: 52 nəfər həlak oldu

Kuzbassdakı "Listvyajnaya" mədənində baş vermiş partlayış nəticəsində 52 nəfər həlak olub.
ONN media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölənlər arasında 6 nəfər xilasedici var.
Xatırladaq ki, bu gün Moskva vaxtı ilə saat 04.30-da Kemerovo vilayətinin “Listvyajnaya” mədənində tüstülənmə baş verib. Regional hakimiyyət orqanlarının məlumatına görə, mədəndə 285 nəfər olub, onlardan 239-u səthə çıxarılıb. Ümumilikdə 49 şaxtaçı yaralanıb, 37 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatda bildirilirdi ki, hadisə nəticəsində 11 nəfər həlak olub.
Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.