Daha bir erməni hərbçinin cəsədi Ermənistana təhvil verildi

İşğaldan azad olunan ərazilərdə aparılan axtarışlar zamanı daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.
ONN media bildirir ku, bunu Trend-ə açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
O bildirib ki, cəsəd Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.
Hərbçinin cəsədi Ermənistana təhvil verilib.