İşçi Qrupu toplanır: Zəngəzur dəhlizi ilə bağlı razılaşma bu gün açıqlana bilər

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupun görüşü olacaq.
ONN media xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib.
Görüşdə kommunikasiya xətlərinin açılması məsələsi müzakirə olunacaq.
Gözləntilərə görə, Soçi görüşündə kommunikasiyaların açılması, o cümlədən, Zəngəzur dəhlizi ilə bağlı razılaşdırılan məsələlərə İşçi Qrupunun görüşündə yekun vurulacaq və qəbul edilən qərarlar elan ediləcək.