Bayramov Mirzoyanla sabah görüşə bilər?

Bayramov Mirzoyanla sabah görüşə bilər?

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də Stokholmda görüşməyi planlaşdırırlar.

ONN media xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Luk Devin deyib.

Xatırladaq ki, dekabrın 2-3-də Stokholmda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının illik iclası keçiriləcək.

İclasda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçə işgüzar səfərə gedib.(report)

Geri qayıt