24 qadın məhkum azadlığa buraxıldı

Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən 65 qadın məhkuma amnistiya aktı şamil edilir.
ONN media xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
O qeyd edib ki, 40 məhkum qadının cəzası 6 aya qədər azaldılıb.
Aynur Sabitovanın sözlərinə görə, 24 qadın məhkum cəzadan azad edilib, 1 qadın məhkum isə narkomaniyadan müalicəyə göndərilib.