Ermənistanda hərbçi əsgər yoldaşını güllələdi

Ermənistan ordusunun 2003-cü il təvəllüdlü əsgəri Senik Saakyan güllələnib.
ONN media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.
Onun cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birində güllələndiyi qeyd edilib.
İnsident ötən gün 23:50 radələrində olub. İlkin ehtimala görə, əsgəri öz hərbçi yoldaşı güllələyib.
Onun vəziyyəti ağır qiymətləndirilir. İstintaq aparılır.
Qeyd edək ki, erməni ordusunda daxili atışmalar və əsgərlərin bir-birini öldürməsi adi hal alıb.