Bu rayonda SU OLMAYACAQ

Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
ONN media -ya "Azərsu" ASC-dən verilən məlumata görə, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 9 dekabr 2021-ci il tarixində saat 22:00-dan etibarən 10 dekabr 2021-ci il tarixdə səhər saatlarınadək Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.