Oğurluğa görə axtarılan şəxsdən tapança və bıçaq götürüldü

Oğurluğa görə axtarılan şəxsdən tapança və bıçaq götürüldü

Sabirabad rayonunda axtarışda olan şəxs tutulub.

ONN media  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan şəhər sakini X.Nəsibov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Perfecta” markalı tapança və bıçaq aşkar edilərək götürülüb.

Geri qayıt