Hərbçimiz dəm qazından zəhərləndi

Hərbçimiz dəm qazından zəhərləndi

Goranboyda hərbçi dəm qazından zəhərlənib.

ONN media xəbər verir ki, hadisə Zeyvə kəndində qeydə alınıb.

Hərbçi olduğu bildirilən 1996-cı il təvəllüdlü Zeyvə kənd sakini Həsrət Bahyəddin oğlu Alagözlü yaşadığı evdə dəm qazından zəhərlənib.

O, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsi nəticəsində gəncin durumu stabilləşib.

Geri qayıt