DİQQƏT: Su olmayacaq

Bu gün Bakı şəhəri Xətai rayonunun bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.
“Azərsu” ASC-dən verilən məlumata görə, Xətai rayonu Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.