Gürcüstan-Rusiya yolu yenidən bağlandı

Gürcüstan-Rusiya yolu yenidən bağlandı

Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol ağır tonnajlı yük maşınları üçün bağlanıb.

ONN media xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars yolunun Qudauri-Kobi hissəsində güclü qar və buz bağlaması səbəbindən yük maşınlarının keçidi qadağan edilib.

Digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Geri qayıt