Tanınmış meyxanaçıdan ÜZÜCÜ XƏBƏR: yenə insult keçirdi

Tanınmış meyxanaçıdan ÜZÜCÜ XƏBƏR: yenə insult keçirdi

Uzun müddətdir səhhətində problem olan meyxanaçı Ağakərim yenidən insult keçirib.

Bu haqda meyxanaçı Ağamirzə Məmmədov "Günün sədası" proqramında deyib.

O bildirib ki, Ağakərim bir həftə əvvəl yenidən insult keçirib. "Əsməyə başlayıb, gözləri qaraldı. Həkim gətiriblər, deyib, yenə insult yeçirtdi" deyə, meyxanaçı söyləyib.


Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. O, hazırda yataq xəstəsidir.

Geri qayıt