Gürcüstanın sabiq Baş Qərargah rəisi bu ölkədə YAXALANDI

Gürcüstanın sabiq Baş Qərargah rəisi bu ölkədə YAXALANDI

Gürcüstanın sabiq Baş Qərargah rəisi Georgi Kalandadze Almaniyanın paytaxtı Berlində saxlanılıb.

ONN media  yerli KİV-lərə istinadla xəbər verir ki, keçmiş Baş Qərargah rəisinin saxlanılması Gürcüstan hökumətinin tələbi əsasında baş tutub.

Məlumata əsasən, G.Kalandadze 2012-ci ildə Gürcüstan vətəndaşı Elberd Koberidzenin işgəncə və qanunsuz həbsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Gürcüstan tərəfi bu barədə hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Georgi Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Mixail Saakaşvilinin prezidentliyi dövründə Baş Qərargah rəisi vəzifəsində çalışıb. 2014-cü ildə hakimiyyət dayişəndən sonra o bir qrup hərbçi ilə Ukraynaya yollanıb.

Geri qayıt