Bakı metrosunda FACİƏ - ÖLƏN VAR

Bakı metrosunda FACİƏ - ÖLƏN VAR

"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib. Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib.

ONN media xəbər verir ki, bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib: "İş yerinə gələndə, stansiya növbətçisi və polisə özünü pis hiss etdiyini deyib. "Bakı Metropoliteni" QSC-nin kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

Geri qayıt