Rusiya radioaktiv silahları İŞƏ SALIR: “Hər kəsi kül edərik”

“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, Vladimir Putinin sözçüsü kimi tanınan Dmitri Kiselyov ABŞ və Avropanı qorxuya salan açıqlamalar verib.
ONN media xəbər verir ki, D.Kiselyov bildirib ki, Rusiya hər kəsi radioaktiv külə çevirməyə hazırdır.
“Rusiya silahlarını qərar qəbuletmə mərkəzlərinin yaxınlığında yerləşdirməklə dərhal cavab verməyə hazırlaşır. Biz qarşı tərəfə bundan qaçmağın və təhlükə yaratmamağın yolunu təklif edirik, əks halda Rusiya hamını radioaktiv külə çevirməyə hazırdır” - Kiselyov qeyd edib.
Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə minlərlə əsgər və hərbi maşın yığaraq Avropa və NATO ilə müharibəyə hazırlaşdığı iddia olunur.(publika.az)