Bu ölkə də Ukraynaya görə döyüş hazırlığını artırır

İsveç Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar silahlı qüvvələrin döyüş hazırlığını artırır.
ONN media xəbər verir ki, bu barədə ölkənin Baş Qərargah rəisi Mikael Buden danışıb.
"İndi Avropa və ABŞ-ın bütün diqqəti Ukrayna və Rusiyaya yönəlib və baş verənlər şoka salır. Mən ölkəmizi qorumaq məsuliyyətini hiss edirəm", - Buden bildirib