Sabah Mingəçevirdə su kəsiləcək

Sabah Mingəçevirdə su kəsiləcək

Sabah təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərində 10 min kubmetr tutumlu mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

ONN media  bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar gün ərzində şəhərə içməli suyun verilməsində fasilə olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Geri qayıt