Rusiyada helikopter qəzasının təfərrüatı məlum oldu

Dünən Rusiya Federasiyasının tərkibində olan Udmurtiya Respublikasında helikopter qəzaya düşüb.
ONN media bildirir ki, daha sonra “Mi-2” tipli helikopterin İjevskdə sərt eniş etdiyi məlum olub.
Helikopterin göyərtəsində iki nəfər olub və xilasediciləri məhz onların çağırdığı bildirilir.
Bununla belə, ekipaj üzvlərindən biri həlak olub, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.