Bakıda magistral su kəmərində qəza baş verdi

Bakıda magistral su kəmərində qəza baş verdi

Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

ONN media xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Məlumata görə, Nizami rayonu, Naxçıvani küçəsində (Nazlı Saray şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.

Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.

Geri qayıt