Azərbaycanın Ermənistana qaytardığı hərbçilərə cinayət işi açıldı

Azərbaycanın Ermənistana qaytardığı hərbçilərə cinayət işi açıldı

Dünən Ermənistana təhvil verilən hərbçilərə qarşı cinayət işi başlanıb.

ONN media erməni mediasına istinadla xəbər verir ki, təhvil verilən hərbçilər hüquq-mühafizə orqanlarında dindirilib, ancaq onlardan yalnız Arman Xaçatryan saxlanılıb. O, döyüş növbətçiliyi və ya hərbi xidmət qaydalarını pozmaqda şübhəli bilinir.

Xatırladaq ki, dünən Azərbaycan tərəfi 16 noyabrda sərhəddə təxribat törədərkən saxlanılan 5 ermənini təhvil verib.

Geri qayıt