Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb.

ONN media xəbər verir ki, onların şərtləri aşağıdakılardır:

"Birinci tələb ərzaq qiymətlərinin aşağı salınmasıdır. İkincisi, etirazçılar yanacağın qiymətlərinin aşağı salınmasını istəyirlər. Üçüncü şərt pensiya yaşının 58-60-a qədər aşağı salınmasıdır. Dördüncü tələb mövcud hökumətin tam istefasıdır. Beşincisi, aksiya zamanı yaxalananların azad edilməsidir. Altıncısı, əmək haqqının artırılmasıdır. Yeddinci tələb təkrar emalın ləğvidir. Səkkizinci şərt isə nəqliyyat vasitələri üçün ödənişli yolların ləğv edilməsidir. Etirazçılar 9-c şərt kimi minimum pensiyanın artırılmasını istəyirlər. Onuncu şərt uşaq müavinətlərinin artrılması ilə bağlıdır. Nəhayət, sonuncu, 11-ci şərt isə siyasi tələbləri çatdırmaq üçün Prezident Tokayevlə görüşməkdir".

Geri qayıt