Almatı terrorçulardan təmizlənir - Yenilənir

Artıq bir neçə gündür iğtişaşların davam etdiyi Almatıda yenidən silahlı atışma başlayıb.
Bu barədə TASS məlumat yayıb
Hərbçilər səsgücləndirilər vasitəsilə iğtişaşçıları Respublika meydanından çıxmasını, əks halda atəş açılacağı barədə xəbərdarlıq edib.
Şahidlərin sözlərinə görə, isə hərbçilər artıq qarşı tərəfi atəşə tutmağa başlayıb. Atışma periodik davam edir. Ölən və yaralananlar var.
***
Hərbçilər Almatı şəhərində keçmiş prezident iqamətgahını iğtişaşçılardan azad edib.
Bu barədə yerli televiziyalar məlumat yayıb.
***
Həmçinin, Almatının Respublika meydanı da radikallardan azad olunub, şəhərin digər yerlərində əməliyyatlar davam etdirilir.