BMT-dən Qazaxıstan hökumətinə: Qəbuledilməzdir!

BMT-dən Qazaxıstan hökumətinə: Qəbuledilməzdir!

BMT Qazaxıstandakı bütün tərəfləri təmkinli olmağa çağırır. Zorakılıq və qətllər qəbuledilməzdir.

ONN media  xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik deyib.

“Biz Qazaxıstandakı vəziyyəti diqqətlə izləməyə davam edirik və bütün tərəfləri təmkinliyə, zorakılıqdan çəkinməyə və vəziyyəti həll etmək üçün dinc vasitələrdən istifadə etməyə çağırırıq”, - Dujarrik bildirib.

Onun sözlərinə görə, zorakılığa son qoyulması vacibdir, nümayişçilər öz aksiyalarını dinc şəraitdə keçirməlidirlər:

"Polis məmurlarının və digərlərinin öldürülməsi qəbuledilməzdir, eynən nümayişçilərin öldürülməsi də".

O qeyd edib ki, istənilən situasiyada ictimai asayişin bərpası zamanı insan hüquqlarına və beynəlxalq standartlara riayət edilməsinə ehtiyac var.

Geri qayıt