Tokayev Operativ Qərargahın iclasını keçirdi - Yenilənib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Operativ Qərargahın iclasını keçirib.
Bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.
“KTMT-nin Nur-Sultandakı bölmələri tərəfindən mühafizə funksiyalarının yerinə yetirilməsi Qazaxıstan hüquq-mühafizə orqanlarının qüvvələrinin bir hissəsini azad etməyə imkan verib”, - Tokayev deyib.
***
Mətbuat xidmətinin məlumatına görə, Takoyev Almatı şəhəri və digər regionların terror hücumları nəticəsində zərər çəkmiş inzibati, sosial və kommunal obyektlərinin, infrastrukturunun bərpası məsələlərinə xüsusi diqqət yetirməyi tapşırıb.