Tokayev Qazaxıstana dəyən zərəri açıqladı

Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində dəyən iqtisadi zərər 2-3 milyard dollar təşkil edir.
ONN media xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
Tokayev qeyd edib ki, iğtişaşlar nəticəsində bir çox hüquq-mühafizə orqanının əməkdaşları və dinc sakinlər qurban gedib, 1 300-ə yaxın sahibkarlıq obyektinə ziyan dəyib, 100-dən artıq ticarət mərkəzi və bank qarət olunub, 500-ə yaxın polis avtomobili yandırılıb.