Çavuşoğludan Qazaxıstan açıqlaması

Çavuşoğludan Qazaxıstan açıqlaması

Türk dünyası olaraq Qazaxıstanın yanındayıq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) xarici işlər nazirlərinin fövqəladə toplantısında söyləyib.

O bildirib ki, Türkiyə olaraq proseslərin əvvəlindən qazaxıstanlı rəsmilərlə təmasda olmuşuq:

“Prezident Rəcəb Tayyib Ərdoğan başda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev olmaqla TDT-yə üzv ölkələrin başçıları təmasda olaraq hadisələri yaxından izləyiblər”.

XİN başçısı qeyd edib ki, bu böhranın Qazaxıstanın suverenliyinə, bütövlüyünə, sabitliyinə və balanslı xarici siyasətinə zərər verməyəcəyinə inanırıq:

“Çünki biz qardaş Qazaxıstanın gücünə güvənirik. Biz geosiyasi rəqabətin deyil, əməkdaşlığın və rifahın aktorlarıyıq. Çünki dövlətləri və millətləri rifah, sabitlik və sülh ucaldır”, - nazir vurğulayıb.

Geri qayıt