Prezident Ukraynadakı bu müəllimləri təltif etdi

Prezident İlham Əliyev Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
ONN media sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri təltif edilsinlər:
“Dostluq” ordeni ilə
Antonenko Valentina Sergeyevna
“Tərəqqi” medalı ilə
Çumak Alla Mixaylovna
Krılaç Yuliya Anatoliyevna.