DİQQƏT: Nazirlik işçi axtarır

DİQQƏT: Nazirlik işçi axtarır

Gənclər və İdman Nazirliyi bir neçə “Gənclər evi” sosial xidmət müəssisəsinin rəhbər vəzifələri üzrə vakansiya elan edib.

Nazirlikdən verilən məlumata görə, namizədlər dil bilikləri və digər tələblərə cavab verməlidirlər:

1. Binəqədi “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru

2.Goranboy “Gənclər evi” sosial -xidmət müəssisəsi

3. Füzuli “Gənclər evi” sosial-xidmət müəssisəsi

4. Astara “Gənclər evi” sosial-xidmət müəssisəsi

5. Siyəzən “Gənclər evi” sosial -xidmət müəssisəsi

6. Tərtər “Gənclər evi” sosial- xidmət müəssisəsi

“Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

- ali təhsil;

- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;

- yaş həddi 35-dək;

- minimum 1 xarici dil bilmək.

Namizədlər öz CV-lərini (iddia edilən vəzifənin adı qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsinin surətini və ali təhsil haqqında diplomun surətini yanvarın 12-dən elektron formada Gənclər və İdman Nazirliyinin [email protected] ünvanına göndərməlidir. Müraciət üçün son tarix 25 yanvardır.

Geri qayıt